RU
Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb
12:15
261

Bakıda əczaçılıq şirkətində külli miqdarda pulun mənimsənilməsi faktı aşkarlanıb

Bakıda əczaçılıq şirkətinin nümayəndəsi 156 min manat mənimsəməkdə ittiham olunub.

Bu barədə 7News.Az-a hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.

"Azfarma Dərman Sənaye LTD” şirkəti hesabda 156 min manat kəsir olduğunu görüb və bu barədə Nərimanov rayon 16-cı polis bölməsinə məlumat verib.

Şirkət nümayəndəsinin sözlərinə görə, bu ilin avqust ayında satış mütəxəssisi İ.T. (1973-cü il təvəllüdlü) göstərilən miqdarda dərmanı satmış və gəliri mənimsəmişdir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları İ.T.-nin göstərilən cinayətdə iştirakını yoxlayırlar.

Şübhəli hələ tutulmayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ