RU
İranda
20:06
27

İranda "İsa Məsih" saxlanıldı

İranın Yəzd əyalətində hüquq-mühafizə orqanları özünü İsa Məsih kimi qələmə verən təriqət qurucusunu saxlayıblar.

7News.Az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə əyalət prokuroru Mehdi Həsənpur məlumat verib.

"Əyalətdəki təriqət lideri əvvəlcə iddia edirdi ki, o, tanrı tərəfindən seçilib, sonra isə allahlıq iddiasına düşdü və özünü İsa Məsih elan etdi. Xurafatdan faydalanıb qeyri-adi asketik təcrübələr aşıladı və davamçılarından öz məqsədləri üçün istifadə etdi", - Həsənpur deyib.

Prokurorun sözlərinə görə, təriqət üzvləri "Quran"ı yandırıb, müqəddəs yerləri, müsəlman din xadimlərini təhqir edib, eləcə də İsrailin İran üzərində qələbəsi üçün dua ediblər. O qeyd edib ki, təriqətdə əsas rol oynayan üç şəxs istintaq tədbirləri nəticəsində saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ