RU
 Bakıda ehtiyatlı olun: 1894 sürücü sarı zolağın “güdazına gedib”: DYP cəriməni açıqladı - EKSKLÜZİV
14:15
1147

Bakıda ehtiyatlı olun: 1894 sürücü sarı zolağın “güdazına gedib”: DYP cəriməni açıqladı - EKSKLÜZİV

Bakıda İslam Oyunları ərəfəsində ayrılan zolaqlara daxil olan sürücülər cərimələnəcək. Bununla bağlı olaraq V İslam Oyunlarında Bakıda hərəkət zolaqları tətbiq ediləcək küçə və prospektlərin siyahısı müəyyən edilib. 

Maraqlıdır, cərimələr nə qədər olacaq? 

DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov Cebhe.info-ya eksklüziv açıqlamasında bildirib ki, cərimə məbləği ötənilki kimi qalacaq- 40 manat. 

Xatırladaq ki, Azərbaycanda keçirilən ilk Avropa Oyunları iştirakçılarının və qonaqların sərbəst hərəkətini və təhlükəsizliyini təmin etmək üçün Bakı yollarında çəkilən sarı zolağa daxil olan cəriməli sürücülərin sayı 1894 olub. Hətta qadağanın bitdiyi son günün birinci yarısında Avropa Oyunları zolağına daxil olan 12 sürücüyə də protokol tərtib olunub. Günün ikinci yarısından sonra 8 sürücü zolaqdan istifadə etsə də, onlara güzəşt olunub və protokol tərtib edilməyib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ