Bakıda evə qaz xətti çəkən şəxs ölüb.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi rayonu İsfahani küçəsində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkən 1984-cü il təvəllüdlü Xəqani Eyvazov bədbəxt hadisə nəticəsində vəfat edib.
O, hasarın üstü ilə sayğacdan evə qaz xətti çəkərkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








