RU
Bakıda kişi özünü krandan atacağı ilə hədələyir - VİDEO
14:49
348

Bakıda kişi özünü krandan atacağı ilə hədələyir - VİDEO

Bakıda qaldırıcı kranın üzərinə çıxan şəxs özünü atacağını bildirir.

7News.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Cəlal adlı şəxs qaldırıcı kranın üzərinə qalxıb və intihar edəcəyini deyib.

İlkin məlumatlarda Cəlalın bu ərazidəki evinin sökülməsinə etiraz etdiyi qeyd edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları cəlb edilib. 

Kişi hazırda heç kəsi krana yaxın buraxmır və atılacağı ilə təhdid edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ