RU
Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər
11:50
313

Bakıda qadın və kişi qonaq getdikləri evin hamamında zəhərlənib öldülər

Bakıda bağ evinə qonaq gedən cütlük dəm qazından boğularaq ölüb.

Hüquq-mühafizə orqanlarından 7News.Az-a verilən məlumata görə, hadisə Xəzər rayonu, Türkan qəsəbəsi, "Aqroprom” bağları ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cavadov Natiq Əfsər oğlu və 1967-ci il təvəllüdlü Zeynalova Aytən Hətəm qızı qonaq getdikləri evin hamam otağında birlikdə çimərkən dəm qazının təsirindən zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ