Bakıda restorandan meyit tapılıb.
Hadisə paytaxtın Nizami rayonunda baş verib.
Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.








