Hindistanlı turist Bakıda qarət olunub.
Hadisə paytaxtda fəaliyyət göstərən "Memi" hoteldə baş verib.
Hindistandan Azərbaycana gələn turist Bakıdakı gecə klublarından birində Sahilə Məmmədova (ad və soyad şərtidir - red.) ilə tanış olub. Spirtli içki qəbul edəndən sonra o, Sahiləni qaldığı hotelə dəvət edib. Səhəri gün Sahilə ona zəng vuraraq hotelə gəlmək istədiyini bildirib və bunun üçün turistdən 20 manat taksipulu istəyib. Hindistan vətəndaşı ona 20 manat göndərib və görüşməyə razılıq verib. Onlar hoteldə görüşəndən sonra Sahilə turistdən 100 dollar alıb. Daha sonra kişi hamamda olarkən Sahilə onun pulqabısını tapıb və orada olan 1 100 dolları götürərək hoteldən qaçıb.
Turist məsələ ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Sahilə Məmmədova saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə S.Məmmədovaya 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və ona elektron nəzarət qolbağı tətbiq edilib.








