Rusiyada Dövlət Dumasına seçki başa çatıb.
7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, seçki məntəqələrindən çıxan seçicilər arasında keçirilən sorğuya əsasən, hakim "Vahid Rusiya" partiyasına seçicilərin 49,4%-i səs verib.
Rusiya Kommunist Partiyası 14.2%, Liberal Demokrat Partiyası 10.7%, "Yeni insanlar" partiyası 9.7%, "Ədalətli Rusiya" partiyası isə 6.6% səs toplayıb.
Daha əvvəl Dövlət Dumasına seçkidə rekord seçici fəallığının qeydə alındığı bildirilib. Seçici fəallığı 56.57% təşkil edib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçki sentyabrın 18-də başlayıb və səsvermə üç gün davam edib.








