lombard

Bakıda sevgilisi üçün intihar edən qız bu universitetin tələbəsi imiş: Yüksək bal toplayıb

Bakıda sevgilisi üçün intihar edən qız bu universitetin tələbəsi imiş: Yüksək bal toplayıb
Dənizkənarı Milli Park ərazisində özünü dənizə ataraq, intihar edən Günel Rzayeva Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi imiş.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, 1994-cü il təvəllüdlü G.Rzayeva 2017-ci ildə 667 balla Tibb Universitetinə qəbul olub.

Hazırda onun meyiti axtarılır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, bir-birini sevən gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər.

Bundan sonra onlar Bakıya gələrək görüşüblər və Bulvar ərazisində olarkən əvvəlcə G.Rzazadə, daha sonra isə B.Məmmədov özünü dənizə atıb.
 
///Oxu.az

Xəbər lenti