7news.az xəbər verir ki, səhər saatlarında Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, "Iveco” markalı yük maşını qəzaya uğrayaraq aşıb. Hadisə nəticəsində yük avtomobili yolun bir hissəsini tamamilə bağlayıb və nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Qəza zamanı xəsarət alanların olub-olmaması barədə hələlik məlumat verilməyib.
Hadisə yerində aidiyyəti qurumların əməkdaşlarının çalışdığı bildirilir. Qəzanın səbəbləri araşdırılır.








