RU
Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı - FOTO
17:15
19

Bakıda VAZ-2107 11 yaşlı uşağı vurub qaçdı, polis yaxaladı - FOTO

Bakıda 11 yaşlı uşağı avtomobil vurub.

Hadisə paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində baş verib.

Qəsəbə ərazisində VAZ-2107 markalı avtomobil qəfil yola çıxaraq hərəkətdə olan motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletdə olan sərnişin, 2015-ci il təvəllüdlü R.Əsədov ağır bədən xəsarətləri alıb.

R.Əsədovun anası Şəfa Nəsibova Oxu.Az-a bildirib ki, VAZ-2107-nin sürücüsü hadisə yerindən qaçıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən VAZ-2107 markalı avtomobilin sürücüsü T.Əliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.
 

 

 

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ