RU
12 ölkənin gənc avarçəkənləri Füzulidə bir araya gələcək –
12:50
21

12 ölkənin gənc avarçəkənləri Füzulidə bir araya gələcək – "Mingəçevir Reqatası-2026" (VİDEO)

"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü bu dəfə Füzulidə, Köndələn su anbarında keçiriləcək.

Beynəlxalq turnirdə Azərbaycan, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən iştirak edəcək.

Gənc idmançılar Qarabağda keçiriləcək yarışlarda medal uğrunda mübarizə aparacaqlar.

Turnir çərçivəsində uşaqlar və yeniyetmələr üçün müxtəlif əyləncəli proqramların təşkili də nəzərdə tutulub. Həmçinin onlara Köndələn su anbarında avarçəkmə imkanı yaradılacaq.

Qeyd edək ki, "Mingəçevir Reqatası-2026"nın Füzulidə keçirilməsi beynəlxalq idman tədbirinin Qarabağda təşkil olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ