RU
Kamçatka sahillərində üç zəlzələ qeydə alınıb
10:30
18

Kamçatka sahillərində üç zəlzələ qeydə alınıb

Kamçatkanın (Rusiya) şərq sahilində, Sakit okeanda bir neçə saat ərzində maqnitudası 4,7-yə qədər olan üç zəlzələ baş verib. 7News.Az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialından bildirilib. Onun episentri Petropavlovsk-Kamçatskidən 250 km cənub-şərqdə, ocağı isə 60,3 km dərinlikdə yerləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ