RU
Bakıdan Tiflisə getmək istəyənlər: Bu sənədlər də mütləq üstünüzdə olmalıdır
18:00
27

Bakıdan Tiflisə getmək istəyənlər: Bu sənədlər də mütləq üstünüzdə olmalıdır

Bakı-Tiflis qatarına minik üçün biletlə yanaşı başqa sənədlərin təqdim olunması mütləqdir.
 
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
 
Məlumata əsasən, bu sənədlərə ümumvətəndaş pasportunun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil), Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq sağlamlıq sığortası, 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet, bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi daxildir.

"Qatara sürətli və rahat keçid üçün qeyd olunan sənədləri özünüzlə götürməyi unutmayın. Bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı ilk səfərinin həyata keçirəcək. Hər bir sərnişinimizə uğurlu yollar arzu edirik!", - ADY-dən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ