RU
Bakının bu yollarında maşın sürmək mümkün olmayacaq
12:39
515

Bakının bu yollarında maşın sürmək mümkün olmayacaq

Bu gün Bakıda sürücülər daha bir neçə yoldan istifadə edə bilməyəcəklər.

"Azəravtoyol"dan verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam saatlarınadək Hənifə Ələsgərov küçəsində rənglənmə işləri aparılacaq. Sözügedən küçədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsinə doğru olan istiqamətində, Atatürk prospektinin isə Naxçıvani küçəsinədək olan hissəsində aparılacaq.

Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ