RU
Bakının ən məşhur restoranı sökülür - FOTO
14:51
417

Bakının ən məşhur restoranı sökülür - FOTO

Bakıda paytaxtın qonaqları arasında ən məşhur restoranlardan olan "Təndir” sökülür. 

7News.Az xəbər verir ki, milli mətbəxin təamlarının təqdim olunduğu restoranın söküntüsünə bu gün səhər saatlarından başlanılıb. 

"İçərişəhər” dövlət tarix-memarlıq qoruğunun əməkdaşlarının sözlərinə görə, bu ərazidə eyni anda bir neçə restoran sökülür. Onların yerində müasir obyektlər inşa olunacaq. 

Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn yüksək vəzifəli şəxslər, o cümlədən prezidentlər vaxtilə "Təndir” restoranında olublar.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ