RU
Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ
11:46
432

Bakının mərkəzindəki böyük tıxacın SƏBƏBİ

Səhər saatlarında Bakının mərkəzində - Yusif Səfərov küçəsində böyük tıxac yaranıb.

7News.az xəbər verir ki, tıxacın səbəbi yolun genişləndirilməsi ilə əlaqədar son günlər aparılan təmir işləridir.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, ərazidə aparılan qazıntı işləri Y.Səfərov küçəsinin genişləndirilməsi ilə bağlıdır:

 

"Küçədə aparılan yenidən qurulma işləri çərçivəsində yolun ayırıcı zolağı kiçildilir. Ayırıcı zolaq 4 metrdən 2 metrə endirilir. Qazıntı işləri bir hərəkət zolağı üzrə aparılır. Yolun digər 5 zolağı boşdur. Həmin ərazidə pik saatlarda sıxlıq müşahidə olunur".//trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ