RU
Bakının Nizami rayonunda daha bir ekoloji CİNAYƏT: Yaşıllıqlar məhv edilir, obyekt tikilir — Coşqun Cəbrayılovun diqqətinə
18:01
43

Bakının Nizami rayonunda daha bir ekoloji CİNAYƏT: Yaşıllıqlar məhv edilir, obyekt tikilir — Coşqun Cəbrayılovun diqqətinə

7NEWS.az xəbər verir ki, Bakının Nizami rayonunda yaşıllıqların məhv edilərək ərazidə obyekt tikilməsi ilə bağlı narazılıq yaranıb.

Redaksiyamıza daxil olan məlumata görə, rayon ərazisində yaşıllıq sahəsinin məhv edildiyi və həmin ərazidə tikinti işlərinin aparıldığı iddia olunur. Bildirilir ki, bu cür hallara Nizami rayonunda əvvəllər də rast gəlinib.

Məsələ ilə bağlı əsas sual isə budur: ərazidəki yaşıllıqlar hansı əsasla məhv edilib və tikinti üçün hansı sənədlər verilib?

Qeyd edək ki, Nizami Rayon İcra Hakimiyyətinin başçısı hazırda Coşqun Adil oğlu Cəbrayılovdur.
Bəzi iddialarda yaşıllıqların məhv edilməsi hallarının son illərdə artdığı bildirilir. Bu səbəbdən məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinin və digər aidiyyəti qurumların mövqeyi maraqlıdır.

Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə tikinti ərazisində olan ağac, kol və digər yaşıllıqların mühafizəsi tədbirləri tikintiyə icazədə nəzərdə tutulmalıdır. Layihənin icrası nəticəsində yaşıllıqlar götürülürsə, onların miqdarı, növ tərkibi və bərpa dəyəri tikinti layihəsinin ekologiya bölməsində əks etdirilməlidir.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi meşə fonduna daxil olmayan ağac və kolların qanunsuz kəsilməsi və ya məhv edilməsinə görə məsuliyyət müəyyən edir. Şəhər yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri zamanı ağac və kolların məhv edilməsi ilə bağlı ayrıca daha yüksək cərimələr nəzərdə tutulur.

7NEWS.az olaraq aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirməsini, ərazidə yoxlama aparılmasını və tikintinin hansı sənədlər əsasında həyata keçirildiyini açıqlamasını gözləyirik.
 
 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ