RU
09:09
334

"Baku Bus" da "protiv" getdi - VİDEO

BNA və DYP bunu araşdırmalıdır.

 

Avtobus sürücülərinin qaydaları pozması ilə bağlı tez-tez məlumatlar yayılır. Baku Bus-a məxsus avtobuslar xəttə buraxılanda isə qaydalara uyğun sürənlər olduğuna sevinirdik.

Avtosfer.az-a oxuculardan birinin göndərdiyi videoda Baku Bus-a məxsus 99 JH 051 dövlət nömrə nişanlı avtobus əks yola çıxaraq qəza şəraiti yaradır. Hadisə 17.10.2018-ci il tarixində, saat 16:31 radələrində, Həsən Əliyev küçəsi 85 ünvanında baş verib. Yəqin ki, DYP məsələni araşdıracaq və müvafiq qərar verəcək. Həmçinin Bakı Nəqliyyat Agentliyi də məsələni diqqətdə saxlayacaq.

7News.Az

 
 
 
 
 
 
 
 
00:00
 
00:00
 
 
 
 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ