Müğənni Rihanna "Vogue" jurnalının avqust buraxılışı üçün kamera qarşısına keçib. 7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı ifaçı dərgi üçün fotosessiya etdirməklə yanaşı, eyni zamanda müsahibə də verib. O, "Kökəlmisiniz, arıqlamaq fikriniz varmı" sualını belə cavablandırıb: "İdmana geri döndüm. Çəki atmaq istəyirəm. Amma ümid edirəm ki, kök baldırlarımı itirmərəm. Baldırlarım məni daha seksual göstərir". 7news.Az