RU
lombard
14:50
500

"Bağlı geyinib qudasıyla qaçır, ərinin qohumu ilə sevişir" - Brilliantdan sərt sözlər

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkə hesabında koronavirusla bağlı paylaşım edib.

7News.Az xəbər verir ki, ifaçının yayılan virusla bağlı etdiyi paylaşım izləyiciləri qəzəbləndirib. Onlar xalq artistinin fikirlərinin doğru olmadığını bildiriblər. Onun paylaşımını olduğu kimi təqdim edirik:

"Təbiət öz qucağını necə də gözəl təmizlədi ! Pis insanlardan- şərdən - böhtandan, günahsız uşağları qətlə yetirənlərdən, tərbiyəsizlərdən, Allahı inkar edib ətrafa pislik yayanlardan, öz qucağını bərk əliylə təmizlədi. Küçələr bom - boş... Təbiət bir az nəfəs almaq istəyir... Az da olsa... Ümid edirəm ki, məni izləyənlər - dünyasını dəyişənlərdən bəhs etdiyimi düşünəcək qədər cahil deyillər".

Dadaşova ona ünvanlanan şərhlərə cavab verib. O, əmisi oğlu, Xalq artisti Rafael Dadaşov dünyasıı dəyişəndən sonra efirlərdə bayram çəkilişinə qatılmasını qınayanlara bunları bildirib:

"Bu yaxınlarda Nanə Ağamalıyeva və Zaur Kamalın verilişində yer aldığım yayımlandı. Martın əvvəlində çəkilən proqramlar idi. Bayram çəkilişlərinə gedəndə, əmim oğlu sağ idi, müalicə alırdı. Mən də yanına gedib-gəlirdim. Sağalacağına ümid edirdik. Həmin konsertlər televiziyada göstərilən gün sosial şəbəkədə bəzilərinin rəylərini gördüm. Bayram çəkilişlərində yazmışdılar ki, proqram əvvəldən çəkilib. Buna baxmayaraq, Allahdan qormadan nələr yazırdılar. Qəlbi qara yazıqlar... Əmim oğlunu müzakirəyə qoyub, ağızlarının mikrobunu tökmüşdülər. Guya, onu məndən çox istəyirlər".

Brilliant daha sonra açıq-saçıq geyimini qınayanları tənqid edib:

"Lap çılpaq da gəzsəm, heç kimin həyatına, taleyinə təsiri olmaz. Amma siz sizə yaxından, uzaqdan əlaqəsi olmayan şeylərə burnunuzu soxub, qəlb sındırmayın. Böyük günahdır. Bu geyimdən bəhs edənlərin çoxlarının yaxınları bağlı geyimdə qudası ilə qoşulub qaçanlar, öz ərinin qohumları ilə sevişənlər və daha nələr-nələr edənlərdir... Geyimə, zövqə rişğənd edənlər əsasən cəmiyyətin ən aşağı pilləsində duranlar olur. Onların dünya görüşü ən dar çərçivədədir.

Fotonu təqdim edirik:







 


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ