RU
lombard
Balışdan həkim olan atasının iyini ala bilməyən oğlu BELƏ AĞLADI - VİDEO
16:20
204

Balışdan həkim olan atasının iyini ala bilməyən oğlu BELƏ AĞLADI - VİDEO

Türkiyənin Ərzincan şəhərində koronavirusun yayılması səbəbilə uzun müddət işləməli olan həkim Faruk Karakeçilinin 8 yaşlı oğlu balış üzü yuyulduqdan sonra atasının iyini ala bilmədiyi üçün göz yaşları axıdıb.

7News.Az-ın DHA-ya istinadən verdiyi xəbərə görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər izləyiciləri kövrəldib.

Daha sonra müsahibə zamanı balaca Mehmet Dəniz atasının gec gəldiyi üçün çox kədərləndiyini deyib.

"Atamın işi çox uzun çəkdiyi üçün bəzən evə gələ bilmir. Balışıma onun iyi hopmuşdu. Dəyişdirdikləri üçün ağladım", - deyə uşaq kövrələrək hisslərini ifadə edib.

Həkimin digər iki övladı da ataları üçün darıxdığını deyiblər.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ