RU
Baltik boru kəməri enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq
19:40
177

Baltik boru kəməri enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq

Norveç və Polşa arasında yaradılan yeni "Baltik Pipe” qaz kəməri Avropa İttifaqında mövcud enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq.

Bu barədə Avropa Komissiyasının energetika üzrə komissarı Kadri Simson bildirib.
"”Baltic Pipe” regionun təchizatının təhlükəsizliyi üçün əsas layihədir və Aİ-nin qaz mənbələrinin şaxələndirilməsi siyasətinin nəticəsidir. Boru kəməri mövcud enerji böhranının yumşaldılmasında mühüm rol oynayacaq”, - Kadri Simson qeyd edib.

Sözügedən qaz kəmərinin təntənəli açılışı bu gün baş tutub. Kəmər ilə qazın tədarükünə bu ilin oktyabrın 1-də başlanılması planlaşdırılıb. Kəmərin illik ötürmə gücü 10 mlrd. kubmetr təşkil edir./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ