RU
“TamStore”da rəzalət– Məhsulları ayaqladılar
15:23
30

“TamStore”da rəzalət– Məhsulları ayaqladılar

Sumqayıtda yeni fəaliyyətə başlayan "TamStore” marketlər şəbəkəsinin açılışı zamanı xoşagəlməz mənzərə ilə yadda qalıb.

Bu barədə mağazanın açılışında iştirak edən alıcılar məlumat veriblər.

Alıcıların sözlərinə görə, açılış münasibətilə endirimlə satışa çıxarılan kartoflar bir yeşiyə tökülüb. İddialara görə, satıcılardan biri həmin kartofların üzərinə çıxaraq kisələrdəki kartofu boşaldaraq məhsulun üstündə gəzməyə başlayıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilər ərzaq məhsullarının bu cür davranışa məruz qalmasını tənqid ediblər. Xüsusilə də alıcıların satın aldığı məhsulların üzərinə çıxılması həm gigiyena, həm də istehlakçıya münasibət baxımından suallar yaradıb.

Qeyd edək ki, "TamStore” marketlər şəbəkəsinin açılışları və endirim kampaniyaları zamanı yaranan narazılıqlar hər dəfə müzakirə mövzusuna çevrilir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ