7News.az xəbər verir ki, Ukraynanın 92-ci Hücum Briqadası, minalar və rus dronlarının intensiv fəaliyyəti səbəbindən quru yolu ilə çatmağın qeyri-mümkün olduğu bir əsgəri, məsafədən idarə olunan ağır yükdaşıma qabiliyyətli dron vasitəsilə təxliyə edib. Briqada bildirir ki, bu, cəbhə xəttindən yaralı hərbi qulluqçunun təxliyəsində dünyada ilk belə haldır. Görüntülərin həqiqiliyi təsdiqlənib.








