RU
Evindən asdığı fiqurlar rəsmi qurumları hərəkətə keçirdi
15:40
31

Evindən asdığı fiqurlar rəsmi qurumları hərəkətə keçirdi

7News.az xəbər verir ki, ABŞ-da Hellouin bayramı münasibətilə həyətindən meyitə bənzər fiqurlar asan bir sakin qonşuluqda ciddi narazılığa səbəb olub. Ağaclardan asılmış bu fiqurların tarixdə qaradərili insanların linç edilməsi hadisələrini xatırlatdığını bildirən yerli sakinlər onların yığışdırılmasını tələb ediblər, lakin ev sahibi geri addım atmaqdan imtina edib. Bələdiyyə orqanları məsələyə müdaxilə etsələr də, heç bir hüquqi əsas olmadığı üçün bəzəklərə qarşı hər hansı tədbir görə bilməyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ