7News.az xəbər verir ki, Perunun paytaxtı Limada, "LATAM Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma hazırlıqları zamanı alovlandı. Təyyarənin sol qanadının altından yüksələn alovlar sərnişinlər tərəfindən kameralara çəkildi, hava limanındakı təcili yardım qrupları isə dərhal hərəkətə keçdi.








