7News.az xəbər verir ki, Fransada etiraz aksiyalarından sonra baş verən talançılıq yeni bir mərhələyə qədəm qoyub. Mağazalardan və ticarət məntəqələrindən oğurlandığı bildirilən əşyalar hazırda küçələrdə açıq şəkildə satışa çıxarılır. Talan edilmiş müəssisələrdən götürülmüş malların quraşdırılmış xüsusi piştaxtalarda nümayiş etdirildiyini əks etdirən görüntülər diqqət çəkib. Hüquq-mühafizə orqanları isə talançılıq və oğurlanmış malların satışı ilə bağlı araşdırmalarını davam etdirirlər.








