7News.az xəbər verir ki, ABŞ-ın Arizona ştatında 20 yaşlı Adrian Ayala tualetdən istifadə etmək bəhanəsi ilə bir evə daxil olub, daha sonra orada bir yaşlı qızı ilə tək olan Bella Torresə hücum edib. Təhlükəsizlik kamerasının görüntülərində, övladını qorumağa çalışan gənc ananın Ayalaya yumruq vuraraq onu oradan uzaqlaşdırmağı bacardığı anlar əks olunub.








