RU
lombard
“Bank Respublika
14:08
4899

“Bank Respublika" vətəndaşa ayrılan dövlət yardımını kreditə yönəldib - ŞİKAYƏT+FOTO

"BankRespublika" Masallı şəhər sakini İbrahimova Sifeyra Məmməd qızına ayrılan yardımı kreditə tutub.


7News.Az xəbər verir ki, bununla bağlı S.İbrahimova TİA.az saytına bildirib. Masallı şəhərində sahibkarlıq fəaliyyətilə məşğul olan Sifeyra xanımın dediyinə görə, o artıq bir neçə ildir ki, "Bank Respublika”nın Masallı rayon filialından götürdüyü kreditə görə hər ay həmin banka pul ödəyib. Lakin hal-hazırda ölkədə xüsusu karantin rejiminin tədbiqi ilə bağlı çoxları kimi onun da fəaliyyəti dayandığı üçün mart, aprel aylarında kredit borcunu ödəyə bilməyib.

Vergi ödəyicisi olduğu üçün Vergilər Nazirliyi prezidentin məlum sərəncamına əsasən işləməyən sahibkarlara dəymiş zərərə yardım məqsədi ilə onun hesabına da 250 manat vəsait köçürüb.. Ancaq həmin pulu 22 aprel 2020-ci il tarixində "Bank Respublika”nın Masallı Rayon filialından almaq üçün banka getdikdə maraqlı vəziyyətlə qarşılaşıb. Belə ki, bankdan ona bildiriblər ki, vəsait onun gecikmiş kredit borcuna ödənilib.

Sifeyra İbrahimova dövlət tərəfindən ona ayrılan yardımın kredit borcuna ödənilməsinə etiraz etsə də, pulu ona verməyiblər. "Bank Respublika”nın qaynar xəttindən bildirilib ki, həmin vəsait kreditə ödənilə bilməz. Lakin bir neçə saatdan sonra zəng edib deyiblər ki, vətəndaş öz istəyi ilə ərizə yazıb, sənədin altına imza ataraq həmin pulun banka olan kredit borcuna ödənilməsinə razılıq verib. Həmin sənədin surətini verməkdən isə imtina edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ