RU
Baş nazir Araxamiyanı Gürcüstan müxalifətinin dostu adlandırıb
22:30
466

Baş nazir Araxamiyanı Gürcüstan müxalifətinin dostu adlandırıb

Ukraynanın hakim "Xalqın xidmətçisi” partiyasının fraksiya rəhbəri David Araxamiya şəxsən ABŞ və Avropaya səfər edərək Gürcüstan üçün Aİ-yə namizədlik statusunun verilməməsini tələb edib.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkə parlamentində çıxışı zamanı deyib.
Baş nazir Araxamiyanın Gürcüstan müxalifətinin dostu olduğunu vurğulayıb.

O əlavə edib ki, Araxamiya Gürcüstan hökumətinin sanksiyalar siyahısına düşən şirkətləri təşviq etməsinə dair ittihamlar irəli sürsə də, bu vaxtadək heç bir dəlil nümayiş etdirə bilməyib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ