RU
Bədənindəki qüsurlarla yaşayan məşhurlar - Fotolar
12:40
380

Bədənindəki qüsurlarla yaşayan məşhurlar - Fotolar

7News.Az Axşam.az-a istinadən bədənlərində qüsurlar olan məşhur simaları təqdim edir:

 
İngiltərəli aktrisa Keira Naytli - sinəsinin çox balaca olmasına baxmayaraq əməliyyat etmirmək fikrində deyil. Ona hətta fanatları bir neçə dəfə sinəsini böyütməyi məsləhət etsələr də, amma o, bu məsləhətləri qulaq ardına vurur.



Müğənni Beyons - tez-tez kökəlib-arıqlayan Beyonsun bir tək artıq çəkili qalan hissəsi onun baldırlarıdır. Amma, bu, ifaçı üçün problem deyil. O, hətta müsahibələrindən birində "Bir çox qadın baldırlarının mənimkinə bənzəməsini arzulayır" deyə onları olduğu kimi qəbul etdiyini vurğulayıb. 



Aktrisa Dru Berrimonun artıq çəkiyə malik olması paparazzilərin köməyi ilə bəlli olub. Aktrisanın fotoları çimərlikdə çəkildikdən sonra hamı onun şişman olduğunu görüb. Həmin vaxta qədər isə Dru bədənini geyimlərlə ört-basdır edə bilib.



Müğənni Kristina Aqileri - seksual bədən quruluşu və uşaq simalı olan ifaçının ayaqları qısadır. Çox insan bunu hiss etmir, çünki Kristina həmişə ayaqlarını uzun götərəcək tərzə üstünlük verir.



Aktrisa Skarlet Yohanson - hər kəs onu gözəl hesab etsə də, o, belə düşünmür. Aktrisa üzünün uzun olduğunu söyləyir.



Stilist Viktoriya Bekhem - ideal bədən quruluşu olan Viktoriyanın dişlərində qüsur var. O, dişlərini düzəltdirsə belə, qüsur hələ də qalmaqdadır. Ona görə o, çox vaxt gülmür.



Müğənni Meray Keri - son zamanlar bir az çəki almasına baxmayaraq onun qüsuru başqa bir şeydir. Merayın boyun hissəsi qısadır. Ona görə çox vaxt boynunu uzun göstərəcək aksessuarlar taxır.

 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ