RU
Belarus MN Ukrayna Silahlı Qüvvələrinə müraciət ünvanladı
21:50
314

Belarus MN Ukrayna Silahlı Qüvvələrinə müraciət ünvanladı

Belarus Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə hərbi müraciət olan video yayımlayıb.

Belaruslular onlardan xahiş ediblər ki, onları qorxutmasınlar, təxribata çəkməsinlər, əks halda buna adekvat cavab verəcəklər.

"Silahlı Qüvvələrdəki həmkarlarımıza cavabımız. Siz belaruslara müraciət edərək pafoslu videolar yayımlayır, bizi nədəsə ittiham etməyə çalışırsınız, hətta bəzən bizi qorxudursunuz. Amma siz və biz hərb adamlarıyıq. Biz anlayırıq ki, hədə-qorxu bizim üçün son hədddir. Bizim qardaş xalq olduğumuz isə müsbət siqnaldır”, – Belarus hərbçiləri videoda deyirlər.

Onlar, həmçinin, ukraynalıların və belarusların birlikdə Avropada nasizmi necə məğlub etdiklərini xatırladıblar.

Biz istəyirik bunu "Xalqın qulluqçuları” da xatırlasın. Əgər siz müharibə istəmirsinizsə, müharibə olmayacaq! Bizi təxribata çəkməyin, qorxutmağa çalışmayın, təzyiq göstərməyin. Onda hər şey istədiyiniz kimi olacaq. Biz müharibə istəmirik, lakin biz çağırışlara və təxribatlara gecikmədən cavab verəcəyik!” – belaruslar qeyd ediblər./yenisabah
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ