RU
Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb
13:10
153

Belarus Ukrayna ilə sərhədə yaxın ərazidə hərbi təlimlərə başlayıb

Bu gün Belarusun cənub-şərqində yerləşən Brest şəhərində hərbi təlimlər başlayıb.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Brest Şəhər İcraiyyə Komitəsinin sədri Aleksandr Roqaçuk bildirib.

Onun sözlərinə görə, təlimlərə helikopter və qırıcılar da cəlb olunub.

Qeyd edək ki, təlimlərin keçirildiyi yer Ukrayna sərhədindən 60 km aralıda - Polşa sərhədi yaxınlığındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ