RU
Belarusda yol qəzası - 40-dan çox rusiyalı xəsarət aldı
23:40
603

Belarusda yol qəzası - 40-dan çox rusiyalı xəsarət aldı

Belarusun Vitebsk vilayətində rusiyalı turistlərlə dolu avtobus minik avtomobili ilə toqquşub.

Bu barədə Belarus İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, insident M-8 avtomobil yolunun 120-ci kilometrliyində baş verib. "Renault”un sürücüsü ötmə əməliyyatı edərkən qarşı zolaqla hərəkət edən ekskursiya avtobusu ilə toqquşub.

"RİA Novosti”nin məlumata görə, hadisə nəticəsində 41 rusiyalı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 6-sı ağır vəziyyətdədir. Xəsarət alanların arasında 4 uşaq var. Ümumilikdə avtobusda 42 nəfər olub. Onlardan 41-i ekskursiyaya gəlmiş rusiyalılardır. Avtobusun sürücüsü də xəsarət alıb. 

"Renault”un sürücüsü – Moqilyov vilayətinin Kriçyov şəhərinin 31 yaşlı sakini həyatını itirib./qafqazinfo
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ