RU
14:34
434

"Belə məqalələr ayrı-ayrı adamların "dudka"sı ilə yazılıb"

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizədliyini irəli sürən millət vəkili Fəzail İbrahimli, seçicilərin ona qarşı laqeyd qalmayacağını bildirib:

"Güman edirəm ki, seçildiyim dairədə 10 il ərzində insanlara münasibətim, seçicilərə qayğım, onların qarşısında verdiyim sözlərin icrası ilə bağlı seçicilərim mənə laqeyd qalmazlar".

Millət vəkili qeyd edib ki, rəqiblərinin kim olacağından hələ ki, xəbərsizdir: "Təbliğat prosesində, görüşlərdə namizədlərdən kimin ətrafına nə qədər adamın yığılacağı, seçicilərin hansı namizədə daha çox meyl edəcəyi məlum olacaq. Hər kəsin özünə görə çəkisi, özünə görə əhatə dairəsi var. Hər halda elə-belə gedib oraya sənəd verməyiblər. Onların da yəqin, güvəndikləri məqamlar var.
İndidən namizədlər haqqında heç bir söz deyə bilmərəm. Şəxsən tanış deyiləm və o rayonda, o dairədə onların nə dərəcədə nüfuz sahibi olmalarına da bələd deyiləm".

F.İbrahimli seçki proseslərinin çox rəvan getdiyini də bildirib: "Mətbuatda xüsusi narazı olan da görmürəm. Hər kəs istəyir ki, siyasi proseslərdə qələbə qazansın".

Qeyd edək ki, bəzi saytlarda F.İbrahimlinin 10 il ərzində millət vəkili kimi seçicilərin problemləri ilə maraqlanmadığı barədə məqalə yazılıb. Məqalədə seçkidən-seçkiyə üzlərini gördüyü seçicilərin F.İbrahimliyə səs verməyəcəkləri qeyd olunub.

"Ailədə beş nəfər insan olur. Beşi də valideyndən tam razı qalmır. Birinin istəyi tam ödənilir, birinin istəyi yarımçıq. Birinə bir təpki göstəriləndə inciyir. Seçicilərlə də belədir. Seçici bunu yazıbsa, haqqı var, yazıb. Fikrini bölüşüb. İstəyini ifadə edib. Əgər bunları seçici yazıbsa. Belə məqalələr ayrı-ayrı adamların "dudka"sı ilə yazılıb. Hələ çox şeylər deyiləcək, yazılacaq. Seçki marafonudur. Belə şeylərə mən xüsusi önəm vermirəm. Hər halda 15 ildir mən siyasi həyatdayam. 15 ildə bir dənə qəzet, jurnal, sayt səhifələrində mənim əleyhimə bir yazı getməyib. İndi burada maraqlar toqquşub. Təbii ki, maraq sahibləri tanışlarını, mətbuatda olan adamlarını səfərbər edəcəklər, mən də buna psixoloji cəhətdən hazıram".

Seçicilərin 67 saylı seçki dairəsinin millət vəkili olmasına baxmayaraq Malik Həsənovdan daha çox qayğı gördüklərini bildirdiklərinə gəlincə, İbrahimli həmkarının ondan daha çox qayğıkeş olduğuna görə sevindiyini bildirib: "Burada nə var ki?.. Mən sevinirəm ki, mənim həmkarım M.Həsənov məndən daha çox qayğı göstərir. Burada təhqiramiz bir şey yoxdur. Və arzu edərdim ki, növbəti mərhələdə də belə olsun".

Millət vəkili seçicilərlə münasibətinin yaxşı olduğundan da danışıb: "Bir adam deyə bilməz ki, 15 ildə mən onu 15 dəqiqə qapımda gözlətdirmişəm və yaxud qəbul etməmişəm"./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ