RU
Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı
10:20
17

Berlin Senatına böyük KİBERHÜCUM: Məxfi sənədlər internetə sızdırıldı

Berlin Senatının şəbəkələrini kiberhücuma məruz qoyan hakerlər darknetdə təxminən 1,4 milyon məlumatı, o cümlədən xasiyyətnamələri, tender sənədlərini və əməkdaşların şəxsi işlərini yerləşdiriblər.

7News.Az bu barədə RBB radiosuna istinadən xəbər verir.

Daha əvvəl "Rhysida" haker qruplaşması şəhər hakimiyyətindən iki milyon avro tələb etmiş və sentyabrın 4-ü günortayadək vaxt verərək, əks halda oğurlanmış məlumatları şəbəkəyə sızdıracağı ilə hədələmişdi.

Kiberhücum barədə avqustun 14-də məlum olub. Hazırda mövcud olan məlumatlara görə, avqustun 7-dən 12-dək böyük həcmdə məlumat sızması baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ