Bəşər Əsəd Suriya ərazisindəki İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı "Qüds” qüvvələrinin komandanı Mustafa Cavad Qafarini vəzifəsindən uzaqlaşdırıb.
Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədat” telekanalı məlumat yayıb.
Nəşr bildirir ki, Suriya rejiminin bu addımına səbəb korrupsiya, suverenliyin pozulması və Qafarinin İsrail və ABŞ-a qarşı icazəsiz hərəkətləri olub.
Mənbənin sözlərinə görə, Suriyadakı Əl-Qüds bölmələrinin və iranpərəst silahlı birləşmələrin komandiri Mustafa Qafari ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən malların idxalına və dövlət və özəl Suriya bazarı ilə rəqabət aparan "qara bazar”ın təşkilinə şərait yaradıb./qafqazinfo
7NEWS.Az








