RU
13:20
336

"Bəzi videolarında elə oynayırsan ki..." - Aysunu tənqid etdilər

Məşhur müğənni Aysun İsmayılova yeni fotosu ilə gündəmə gəlib.

7News.Az xəbər verir ki, instaqram hesabında foto paylaşan müğənni izləyicilərin tənqid hədəfinə tuş gəlib.

Belə ki, onun fotosuna izləyicilərindən biri "Aysun, səni çox istəyirəm. Çox şirin ürəyi təmiz qızsan. Deyəcəyim sözdən incimə, dost acı söylər. Deyirsən ki, mənə elçi gələn gün sənətimə əlvida deyəcəm. Sən o sevdiyin üçün səhnədən getməzdən əvvəl sevdiyini üzəcək, incidəcək videolar və şəkillər çəkdirmə. Bəzi videolarında elə oynayırsan ki... özünü sevdiyinin yerinə qoy, kənardan özünə bax. Onda görərsən ki, o necə üzüləcək" şərhini yazıb.

Xatırladaq ki, Aysun verilişlərin birində "sevdiyim insan mənə evlilik təklif edən gün sənətdən gedəcəm" demişdi.



7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ