2022-ci ilin yayında koronavirusdan ölüm halı azalacaq.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Microsoft" qurucusu Bill Geyts bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə bəşəriyyət qripin yeni növləri ilə mübarizə aparacaq:
"Bəlkə də, koronavirusdan ölənlərin sayı mövsümi qripdən ölənlərin sayından da az olacaq. Yeni ştamların yaranması kimi sürprizlər olmasa, bu, baş verəcək".
Geytsin sözlərinə görə, koronavirus və qripə yoluxmanın, ölüm hallarının azalması tam iqtisadi bərpadan xəbər verəcək.
O, ümumilikdə dünyada 250 milyondan çox insanın koronavirusa yoluxduğunu, beş milyondan çox xəstənin isə öldüyünü qeyd edib .








