RU
Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilmişdir.
17:49
1575

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilmişdir.

04 Aprel tarixində Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilmişdir.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət etdilər.

Daha sonra tədbir Binəqədi qəsəbəsi, İsfahani küçəsi 2 ünvanındaquraşdırılmış mərasim çadırında davam etdi.

Mərasimdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak etmişdirlər.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

7News.az



 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ