Aparıcı Zaur Baxşəliyev paylaşımı ilə hər kəsi kövrəldib. 7News.Az xəbər verir ki, aparıcı instaqram hesabında qızı Dilavərlə 6 il öncə çəkdirdiyi görüntüləri paylaşıb. O, görüntüləri paylaşaraq: "Dilavərlə ilk söhbətimizdən 6 il əvvəl...illər necə keçir? Bir də görəcəm ki, ağ gəlinlikdə qarşımda durmusan" şərhini yazıb. Paylaşım izləyicilərin marağına səbəb olaraq çoxsaylı şərhlər yazılıb. İzləyicilərlə yanaşı məşhurlar da şərh yazaraq kövrəldiklərini qeyd ediblər. 7News.Az