RU
lombard
Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? - Fotofakt
13:01
3621

Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? - Fotofakt

Dövlətə vergi borcu olan şirkətlərdən biri də "Az İnvest Sığorta” Açıq Səhmdar Cəmiyyətidir...

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən biznesyönümlü özəl şirkətlərin əksəriyyətinin dövlətə olan vergi borcları artmaqda davam edir.

İqtisadçılar bu amili koronavirus pandemiyasının son bir ildə dünyada yaratdığı iqtisadi böhranla əlaqələndirsələr də, digər səbəblərin də olduğunu istisna etmirlər. Belə ki, iqtisadçıların və təhlilçilərin fikirlərinə görə ciddi nizamnamə kapitalına malik olan şirkətlərin vergi borclarını ödəməmələrinin səbəblərindən biri də dövlətin vergi borcu olan şirkətlərə qarşı humanist davranmasıdır. Son illərin təcrübəsinə diqqət etdikdə də, görürük ki, bu kimi şirkətlər, yəni, dövlətə külli-miqdarda vergi borcu yaranan müəssisələrin borcları dövlət tərəfindən silinir.

Valyuta.Az qlobal.az-a istinadla xəbər verir ki, dövlətə vergi borcu olan şirkətlərdən biri də "Az İnvest Sığorta” Açıq Səhmdar Cəmiyyətidir.

"Az İnvest Sığorta” ASC-nin bu günə olan vergi borcu 11.816 manat təşkil edir.

"Az İnvest Sığorta” ASC-ni dövlətə vergi borcu olan digər şirkətlərdən fərqləndirən cəhət nizamnamə kapitalının həcmi ilə bağlıdır.

Belə ki, 1992-ci ildə təsis edilən "Az İnvest Sığorta” ASC-nin nizamnamə kapitalı 1 milyon manatdır.

Şirkətin qanuni təmsilçisi Adıgözəlova Xumar Bəhruz qızı, hüquqi ünvanı isə Xətai rayonu, Nobel prospekti ev 23 ünvanıdır.//qlobal.az




Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ