DİN-dən 7News.Az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev "Mercedes" markalı avtomobilinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes" Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb. Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının "QAZ-5312" markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.
Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.
Araşdırma aparılır.
7News.Az








