Ukraynadakı münaqişə nə zamansa, diplomatik yolla başa çatacaq, lakin ABŞ hələ ki, Rusiya tərəfinin bu istiqamətdə addım atmağa səy göstərməsini görmür.
7NEWS.Az xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken ABC telekanalına müsahibəsi zamanı deyib.
"Ukrayna Prezidenti Vladimir Zelenskinin də dediyi kimi, bu münaqişə nə zamansa, diplomatik yolla başa çatacaq. Biz hazırkı məqamda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münaqişənin həlli üçün diplomatiya ilə məşğul olmaq istəyini görmürük” – Blinken əlavə edib.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin danışıqları xüsusi hərbi əməliyyatlar başlayandan bir neçə gün sonra, bu ilin 28 fevralında başlayıb. Belarusda bir neçə görüş baş tutub və sonra video formatda davam etdirilib. Martın sonunda isə Türkiyənin İstanbul şəhərində danışıqların yeni mərhələsi başlayıb.
7NEWS.Az








