RU
“Azərbaycan-Ukrayna əlaqələri uğurla davam etdirilir
10:22
24

“Azərbaycan-Ukrayna əlaqələri uğurla davam etdirilir" - DEPUTAT


İki ölkə başçısının mütəmadi olaraq əlaqədə olması onu deməyə əsas verir ki, Ukrayna Azərbaycan münasibətləri yüksək səviyyəyə qalxmışdır. Son 4 ildə 7 dəfə liderlerin görüşməsi dostluq və strateji tərəfdaşlıq cəhətdən olduqca önəmlidir.
Bunu 7news.az-a açıqlamasında deputat Vüqar İskəndərov deyib. 
"İki ölkə arasında vaxtilə imzalanan strateji tərəfdaşlığa dair sənədlər bu gün də öz qüvvəsini saxlamaqdadır. Bu baxımdan Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Hazırda iki ölkə arasında müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edilir. Əlbəttə Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla olan bu əməkdaşlıq Ukrayna üçün də çox böyük imkanlar yaradır. Neft brendimiz Socar uzun illərdir ki, Ukraynada uğurla fəaliyyət göstərir. Energetika sahəsində yeni yeni layihələrin icra olunması planlaşdırılır. Prezident İlham Əliyevin Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda göründüyü kimi energetika ilə yanaşı ticarət dövriyyəsinin də bundan sonra artırılması məsələləri gündəmdədir. Hazırda ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma gözləntilər onu deməyə əsas verir ki, , növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Əlbəttə buna da böyük imkanlar var”.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ