Rusiyanın Ukrayna ərazisindəki bioloji laboratoriyaların fəaliyyəti ilə bağlı ittihamlarını araşdırmaq üçün BMT-nin nə mandatı, nə də texniki imkanları var.
7NEWS.Az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Təşkilatının ali nümayəndəsinin müavini Adebey Ebo deyib.
"Biz bilirik ki, Rusiya Ukraynadakı biolaboratoriyaların fəaliyyəti ilə bağlı Bioloji və Toksin Silahların Qadağan edilməsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən rəsmi şikayət verib. BMT-nin hazırda bu məlumatları araşdırmaq üçün nə mandata, nə də texniki və əməliyyat imkanlarına malik olduğunu bildirib”.- deyə Adebey Ebo bildriib.
7NEWS.Az








