RU
Bolqarıstanda miqrant daşıyan avtomobil aşıb
12:10
138

Bolqarıstanda miqrant daşıyan avtomobil aşıb

Bolqarıstanın Burqas şəhəri yaxınlığında 15-ə yaxın qanunsuz miqrant daşıyan avtomobil qəzaya uğrayıb.
Bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.

Polisin təqibindən yayınan sürücü idarəetməni itirib və avtomobili ağaca çırpıb. Nəticədə avtomobil aşıb.

İlkin məlumata görə, avtomobildə 15 miqrant olub, onlardan 5-i yaralanıb, birinin vəziyyəti ağırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ