7News.az xəbər verir ki, Pop-folk müğənnisi Vanya Velikova Bolqarıstanda oktyabrın 25-nə təyin edilmiş prezident seçkilərində ən diqqətçəkən namizədlərdən biri kimi önə çıxıb. Prezidentlik uğrunda mübarizə aparan Velikova vitse-prezidentliyə namizəd kimi "Big Brother" şousu ilə tanınan Panayot Kyuçukovu seçib. Zəruri imzalar toplandıqdan sonra cütlüyün namizədliyi rəsmən qeydə alınıb.








